​"Bakıda 1 tibb müəssisəsi COVİD xəstəxanası kimi fəaliyyət göstərir" - TƏBİB

​
13:25 02.11.2022
A- A+

“Hazırda ölkə ərazisində karantin rejimi tətbiq edilir. Bu o deməkdir ki, pandemiya davam edir”.

Bunu APA-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda Bakı şəhəri üzrə 1 tibb müəssisəsi COVİD xəstəxanası kimi fəaliyyət göstərir:

“Regionlarda isə modul tipli xəstəxanalar fəaliyyət göstərir. Ehtiyac olduqda xəstələr burada müalicə olunur”.