İran İnsan Haqları Təşkilatı yaydığı məlumatda 17 sentyabrdan 1 noyabr axşam saatlarına qədər İranda davam edən etiraz nümayişlərində 47-i uşaq olmaqla 288 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı, məlumatda 14161 nəfərin tutulduğu, onlardan 1694-nün kimliyi və saxlanıldığı yerin dəqiqləşdirildiyi qeyd edilib.
Bu müddət ərzində 133 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 129 universitetin tələbələri nümayişlərə dəstək veriblər.
Mənbə: Azad İran