​Cəbrayılda şirkət maşını minaya düşüb, sürücü xəsarət alıb

​Cəbrayılda şirkət maşını minaya düşüb, sürücü
13:30 02.11.2022
223 Hadisə
A- A+

Noyabrın 2-də Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata əsasən mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb.

Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.