​"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası"nın sədri dəyişib

​
13:45 02.11.2022
A- A+

"Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" (AKTA) İctimai Birliyinin İdarə Heyətinin (İH) sədri Rahid Ələkbərli vəzifəsini tərk edib.

O, bununla bağlı İH-nin toplantısında təklif irəli sürüb.

İH üzvləri arasında aparılmış müzakirələrdən sonra sədr vəzifəsinin “Cyberpoint” şirkətinin direktor müavini Elvin Balacanova həvalə olunması qərara alınıb. O, AKTA-nın gələcək fəaliyyət planının formalaşdırılması, görüləcək işlər barədə ilkin təkliflərini İH-nin diqqətinə çatdırıb.

Mənbə: Report