​Polşa Rusiya ilə sərhəddə sədd çəkir

​Polşa Rusiya ilə sərhəddə sədd
14:18 02.11.2022
205 Dünya
A- A+

Polşa Kalininqrad vilayəti ilə sərhəddə müvəqqəti tikanlı məftilli hasarın tikintisinə başlayıb.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak deyib.

“Bu gündən ordumuzun istehkamçıları Polşa-Rusiya sərhədində müvəqqəti maneənin tikintisinə başlayır”, - deyə nazir bildirib.

Eyni zamanda onun sözlərinə görə, səddin hündürlüyü 2,5, eni isə 3 metr olacaq. Hasar isə üç sıra tikanlı məftillərdən ibarət olacaq.

Onun sözlərinə görə, bu qərar Rusiya Kalininqrad vilayətinin hava limanını Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün açdıqdan sonra verilib. Hasarın tikintisinə nə qədər vəsait xərclənəcəyi məlum deyil.

Xatırladaq ki, Rusiya-Polşa quru sərhədinin uzunluğu 203,3 km-dir. Polşa iyunun sonunda Belarusla sərhəddə uzunluğu 186 km, hündürlüyü 5 m olan sədd tikib.

Mənbə: Kommersant