“Rusiyanı “taxıl sazişi”nə qayıtmağa razı saldıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın TBMM Qrup Toplantısında çıxışında deyib.
“İndi yeni bir şad xəbər var. Rusiya müdafiə naziri Şoyqu milli müdafiə nazirimiz Akara zəng edərək, bu gün saat 12:00-dan etibarən taxıl daşımalarının əvvəlki kimi davam edəcəyini bildirib”, – deyə Ərdoğan bildirib.
Rusiya Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib.
“Rusiya Federasiyası hesab edir ki, hazırda alınan zəmanətlər kifayətdir və sazişin icrasını bərpa edir”, – deyə nazirlikdən bildirib.
Mənbə: Trt haber