​Səhiyyə Nazirliyi qripə yoluxan şəxslərə çağırış edib

​Səhiyyə Nazirliyi qripə yoluxan şəxslərə
15:15 02.11.2022
A- A+

"İnsanlar qripə yoluxanda ya evdə oturmalı, ya da vəziyyətdən asılı olaraq xəstəxana şəraitində müalicə almalıdırlar".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, qrip ağır qrupa daxil olan xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir: "Qripə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsə də, qripdən ölüm halları da olur. Təbii ki, qripdən ölüm halları koronavirusla müqayisədə azdır”.