​İran Səudiyyə Ərəbistanına hücum edəcək? - Kremldən AÇIQLAMA

​İran Səudiyyə Ərəbistanına hücum edəcək? -
15:28 02.11.2022
220 Dünya
A- A+

"Kremldə İranın Səudiyyə Ərəbistanına planlaşdırılan hücumu barədə məlumat yoxdur".

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Düzünü desəm, bizim heç bir məlumatımız yoxdur və bu fərziyyələrin haradan gəldiyini də bilmirik", - deyə o, bildirib.

Belə ki, bundan əvvəl KİV-lər ABŞ və Səudiyyə Ərəbistanının İranın krallığa və ya regionun digər dövlətlərinə mümkün hücumu ilə bağlı məlumat mübadiləsi apardığını yazıb.

Mənbə: TASS