​Azərbaycanda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb

​Azərbaycanda avtomobil 8 yaşlı uşağı vuraraq
15:40 02.11.2022
229 Hadisə
A- A+

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Elçin Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub.

Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.