Braziliyanın San-Paulu əyalətində dünyanın ən təhlükəli əqrəblərindən hesab edilən sarı əqrəb 7 yaşlı uşağın 7 dəfə infarkt keçirməsinə səbəb olub.
Nəticədə vəziyyəti pisləşən Luizi adlı uşaq dünyasını dəyişib.
Azyaşlının anasının sözlərinə görə, o, ayaqqabılarını geyinən zaman qışqırmağa başlayıb. Amma ətrafa baxsalar da uşağı nəyin sancdığını tapa bilməyiblər. Sonra ayağı qızarmağa və ağrıları artmağa başlayıb.
Müalicəsi pediatriya xidmətində başlanan kiçik oğlan bu müddət ərzində dörd dəfə infarkt keçirib. Növbəti gün daha üç dəfə infarkt keçirən uşaq dünyasını dəyişib.
Anhembi şəhər məclisi kiçik uşağın ölümündən sonra sosial media hesabında yayımladığı başsağlığı mesajında şəhərdə üç günlük matəm elan edildiyini açıqlayıb.
Mənbə: Tgrthaber