​Azərbaycan XİN Efiopiyanı təbrik edib

​Azərbaycan XİN Efiopiyanı
16:45 02.11.2022
237 Siyasət
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiooiya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəni təbrik edib.

Bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib:

“Bu gün Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Efiopiya hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Efiopiya arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”.