​"Tərtər işi" üzrə 11 nəfər barəsində qərar ləğv olunub

​
17:00 02.11.2022
238 Hadisə
A- A+

"Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərlə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Vəkil Rəsul Cəfərovun  verdiyi məlumata görə, qərara əsasən, Tərtrər Hərbi Məhkəməsinin qərarı ləğv olunub, 11 nəfərin işi yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Həmçinin məhkum şəxslər yenidən təqsirləndirilən şəxs statusuna qaytarılıb.

Vəkil Zabil Qəhrəmanov və digərlərinin təqsirləndirilən şəxslərin barəsində həbs qərarının ləğv edilməsi barədə vəsatətləri təmin olunmayıb.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.

Mənbə: APA