​İlham Əliyev Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb

​İlham Əliyev Ərdoğanı Soçi görüşü barədə
20:00 02.11.2022
229 Siyasət
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Soçi görüşü barədə məlumatlandırıb.

"Report" xəbər verir ki, noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub.