​Xaçmazda 49 yaşlı qadın dəm qazından boğuldu

​Xaçmazda 49 yaşlı qadın dəm qazından
21:20 02.11.2022
232 Hadisə
A- A+

Xaçmazda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Yergüc kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Dadaşova dəm qazından boğularaq dünyasını dəyişib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mənbə: Apa