​Bakıda yollardan 61 yağış barmaqlığı oğurlayan şəxsə hökm oxundu

​Bakıda yollardan 61 yağış barmaqlığı oğurlayan şəxsə
22:00 02.11.2022
227 Hadisə
A- A+

Paytaxt yollarında yağış barmaqlıqlarının oğurlanması ilə bağlı polis orqanlarına daxil olan bütün müraciətlərlə bağlı zəruri tədbirlər görülüb.

Bu barədə DİN-dən məlumat verilib. Verilən məlumata görə, daxil olan müraciətlər üzrə 61 ədəd yağış və qurunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Şahmalı Əzimov Cinayət Məcəlləsinin oğurluq maddəsi istintaq olunub.

Məhkəmə qərarı ilə Ş.Əzimova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.