​Gənclərdə ürək-damar sistemi xəstəliklərinin səbəbi açıqlandı

​Gənclərdə ürək-damar sistemi xəstəliklərinin
23:40 02.11.2022
A- A+

Gənc insanlarda ürək-damar xəstəliklərinin səbəbi açıqlanıb.

Bu barədə həkim Andrey Tyajelnikov danışıb.

"Bir çoxları istənilən yaşda sağlam olmaq şansına malikdirlər. Lakin bunların hamısı bu şansdan istifadə edə bilmirlər. Buna görə də ürək-damar sistemi xəstəlikləri bu qədər geniş yayılıb" - deyə həkim bildirib.

O qeyd edib ki, əvvəllər ürək-damar xəstəlikləri ən çox 40 yaşdan yuxarı insanlarda rast gəlinib. Lakin hazırda pasiyentlərin yaşı xeyli azalıb. Yəni, xəstəlik artıq 20 yaşlı gənclərdə, hətta yeniyetmələrdə ortaya çıxır.

"Erkən ürək-damar xəstəliklərinə irsi faktorlardan başqa, həmçinin həyat tərzi də səbəb olur. Bu xəstəlik həddindən artıq yüklənmə, hərəkətsiz və idmansız həyat tərzi, düzgün qidalanmamaq, çoxlu şirniyyat qəbulu, pis vərdişlər, yuxu rejiminin yerində olmamasından irəli gəlir" - həkim əlavə edib.