​İsrail baş naziri Misirə getməkdən imtina etdi

​İsrail baş naziri Misirə getməkdən
00:00 03.11.2022
257 Siyasət
A- A+

İsrail Baş naziri Yair Lapid Misirin Şarm əş-Şeyx şəhərində keçiriləcək iqlim sammitində iştirakdan imtina edib.

Bu barədə KAN televiziyası məlumat yayıb.

“Seçkilərin nəticələri məlum olduqdan sonra Baş nazir Lapid gələn həftə Şarm əl-Şeyxdə keçiriləcək iqlim konfransına səfərini ləğv etdi”, - televiziya qeyd edib.

Qeyd olunub ki, konfransda İsrail nümayəndə heyətinə Prezident İshaq Hersoq rəhbərlik edəcək.