Qazaxıstanın “ArcelorMittal Temirtau” şirkətinin şaxtalarından birində partlayış baş verib.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.
Bildirib ki, hadisə nəticədə 4 nəfər ölüb.
“Noyabrın 3-də, gecə saat üç radələrində, Şaxtinsk şəhərindəki “ArcelorMittal Temirtau” SC-nin Lenin adına şaxtasında qaz-drenaj quyularının qazılması zamanı qəfil qəza baş verib. Dörd işçinin ölümünə səbəb olan qaz partlayışı baş verib, bir işçinin axtarışları davam edir. Daha dörd işçi xəstəxanaya yerləşdirilib”, - deyə o, bildirib.
İlkin məlumata görə, mədəndən 106 işçi təxliyə edilib.
Mənbə: Tengrinews.kz