Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin raket silahlarının yaradılması üzrə yeni layihələr həyata keçirdiyini və ilk milli ballistik raket “Tayfun”un uçuş məsafəsini artırmağı planlaşdırdığını açıqlayıb.
“Hazırda 561 kilometr olan “Tayfun” raketinin uçuş məsafəsini artırmağı planlaşdırırıq. Vaxtı gələndə “Cenk” və “Gezgin” kimi raketlərlə bağlı şad xəbərlər verəcəyik”, – deyə Ərdoğan bildirib.
Məlumata əsasən, Ərdoğan ilk dəfə eyniadlı ballistik raketin yaradılması ilə bağlı gizli “Cenk” layihəsinin adını açıqlayıb. “Gezgin” F-16 döyüş təyyarələri və “Akıncı”da təchiz edilməsi planlaşdırılan qanadlı raketdir və dağıntı radiusu 275 kilometrdir.
Mənbə: Trt haber