​ABŞ Şimali Koreyanı sanksiyalarla hədələdi

​ABŞ Şimali Koreyanı sanksiyalarla
12:18 03.11.2022
231 Dünya
A- A+

ABŞ-da Şimali Koreyanın Ukraynadakı müharibə üçün gizli şəkildə Rusiyaya xeyli miqdarda artilleriya mərmisi verdiyini sübut edən məlumatlar var.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Dövlət Departamentinin sözçüsü Ned Praysın bildirib ki, Vaşinqtonun mümkün cavabları arasında KXDR-ə qarşı yeni sanksiyalar da var:

“Məlumatlarımız göstərir ki, KXDR gizli tədarüklər həyata keçirir. Biz bu çatdırılmaların qəbul edilib-edilməməsinə nəzarət etmək niyyətindəyik”.

Onun sözlərinə görə, Vaşinqton İran tərəfindən Rusiyaya silah, xüsusən də pilotsuz təyyarələr tədarükünün qarşısını almaq üçün bütün vasitələrdən istifadə edir və eyni şeyi KXDR-ə münasibətdə də edəcək.

Mənbə: Reuters