Şimali Koreya və Rusiya dəmir yolu ticarətini bərpa ediblər.
Məlumata əsasən, Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyaya gedən qatarla Kim Çen Ina 30 at göndərib.
Xatırladaq ki, atlar Şimali Koreya siyasi mədəniyyətində yüksək simvolik dəyərə malikdir. Bundan əvvəl, Şimali Koreya lideri Kim Çen Inın vacib siyasi qərarlar verməzdən əvvəl at belində gəzintiyə çıxması ilə bağlı fotoları dərc edilib.
Mənbə: RİA novosti