​Avropa İttifaqının ali nümayəndəsi BMT və Türkiyəyə təşəkkür edib

​Avropa İttifaqının ali nümayəndəsi BMT və Türkiyəyə
13:15 03.11.2022
202 Dünya
A- A+

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “Taxıl sazişi”nə görə BMT və Türkiyəyə təşəkkür edib.

O, bununla bağlı tviter səhifəsində paylaşım edib.

Ali nümayəndə BMT və Türkiyənin Rusiyanın Ukrayna taxılını ixrac etmək üçün Qara Dəniz Taxıl Təşəbbüsünə qaytarılmasında göstərdikləri köməyi yüksək qiymətləndirib.

“Ərzaq heç vaxt müharibə silahı kimi istifadə edilməməlidir. Taxıl ixracı qlobal ərzaq böhranına qarşı çıxmaq üçün vacibdir. Biz bütün tərəfləri təşəbbüsü genişləndirməyə çağırırıq”, - J.Borrel vurğulayıb.