​Bu şəhər qlobal istiləşməyə görə su altında qalacaq

​Bu şəhər qlobal istiləşməyə görə
13:18 03.11.2022
220 Dünya
A- A+

Misirin ikinci böyük şəhəri olan İsgəndəriyyənin və limanın əhəmiyyətli bir hissəsinin qlobal istiləşmə səbəbiylə qarşıdakı illərdə su altında qala biləcəyini proqnozlaşdırılır.

Misir mediasında 2050-ci ilə qədər İsgəndəriyyənin üçdə birinin su altında qalacağı ilə bağlı məlumat yayılıb.

Məlumata əsasən, 6 milyon əhalisi olan şəhərdən 1 milyon 500 min insanın köç etməli ola biləcəyi, şəhərdəki qədim əsərlər və tarixi sərvətlərin də böyük təhlükə ilə üzləşdiyi bildirilib.

İsgəndəriyyənin dəniz sahilinin hər il 3 millimetr yüksəldiyi və qarşıdakı 30 ildə Aralıq dənizinin sularının bir metr yüksələ biləcəyi qeyd edilib.

Mənbə: France24.com