​"Rusiyada texnologiya terrorizmə xidmət edir" - Olena Zelenska

​
13:28 03.11.2022
213 Dünya
A- A+

Olena Zelenska Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Veb Sammitin açılışında iştirakçılara texnologiya ilə bağlı müraciət edib.

Onun sözlərinə görə, texnologiya Ukrayna xalqına kömək etməkdən daha çox “Rusiyanın terror hücumları” üçün istifadə olunur.

Zelenska, "Seçdiyiniz peşə, təcrübə sahəniz indi Rusiyanın Ukraynaya qarşı müharibəsində döyüş meydanına çevrilib" – deyə bildirib.

“Hesab edirəm ki, texnologiya insanları məhv etmək üçün deyil, xilas etmək və kömək etmək üçün istifadə edilməlidir. İnanıram ki, belə texnologiyanın gələcəyi var. Yoxsa, gözləyəcək heç bir gələcək olmayacaq. Siz dünyanı hərəkətə gətirən qüvvəsiniz. Sizdə kömək edə bilən, lakin məhv etməyən potensialınız və texnologiyalarınız var. Əminəm ki, Ukraynaya kömək etməklə siz dünyanı düzgün istiqamətə apara bilərsiniz. Buna görə də sizi bunu etməyə dəvət edirəm. Gəlin bunu birlikdə edək”, - deyə o əlavə edib.

Mənbə: Focus.ua