​ANAMA-nın "qaynar xətt"i istifadəyə verilib

​ANAMA-nın
13:30 03.11.2022
228 Sosial
A- A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) "qaynar xətt" xidməti istifadəyə verilib.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, vətəndaşlar tərəfindən daxil olan müraciətlərin birbaşa və çevik formada əlaqələndirilməsi məqsədilə Agentliyin “805” nömrəli qaynar xətt xidməti fəaliyyətə başlayıb.

“Qaynar xətt” mövcud mina təhlükəsi ilə bağlı müraciətlərin qeydə alınması, zənglərin operativ cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsinin asanlaşdırılmasına xidmət edir.