​“Sülh sazişi Tbilisidə imzalanacaq” - Erməni mediasından sülhlə bağlı yeni iddia

​“Sülh sazişi Tbilisidə imzalanacaq” -
14:08 03.11.2022
202 Siyasət
A- A+

“Sülh sazişi Tbilisidə imzalanacaq”.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat dərc edib.

Bildirilir ki, Soçi görüşü sülh gündəmini nəzərdə tutmur, orada sülh müqaviləsindən bəhs edilmir. Lakin Paşinyan sülh dövrünün başlanğıcından xəbər verəcək belə bir sənədi mümkün qədər tez imzalamalıdır.

“Belə bir sənəd noyabrın sonuna qədər və ya ən azı dekabrın əvvəlində imzalana bilər. Qəribədir ki, müqavilənin Tbilisidə imzalanması planlaşdırılır. Gürcüstan ümumqafqaz sülhünün vasitəçisi və simvoluna çevrilə bilər. Çünki bu sənədlə bütün Cənubi Qafqaz bu regionda Qərbin maraqlarının operatoru kimi Türkiyəyə verilir”, – deyə qəzet yazıb.

Eyni zamanda qeyd olunub ki, Gürcüstan Əliyevlə Paşinyan arasında görüşə və sülh dövrünün başlanğıcını göstərən sənədin imzalanmasına fəal şəkildə hazırlaşır.

Qəzet yazır ki, Nikol Paşinyan Qarabağ probleminin həllinin rus variantını seçdiyini deyəndə, yenə yalan danışdı. Çünki o, çoxdan məsələnin həllinin Qərb variantını seçmişdi. O, Rusiyanın və prezident Putinin Qarabağı qoruya bilmədiyini görək deyə Soçiyə gedərək özünə haqq qazandırmaq üçün müqavilənin altına imza atdı.

“Mən tək nə edə bilərəm? Mən Qarabağı təslim etdim ki, heç olmasa yerdə qalan 29.000 kvadrat kilometr ərazini xilas edim”,  Biz ondan xilas olmayana qədər o, xilaskar rolunda həmişə bizim “xilas”ımızla məşğul olacaq”, - deyə qəzet yazır.