Bazar ertəsi Çinin Tianqonq kosmik bazasından buraxılan 23 tonluq nəhəng raket nəzarətsiz şəkildə Yerə doğru hərəkətə keçib. 10 mərtəbəli bina hündürlüyündə olan raketin hara düşəcəyi bəlli deyil.
Bildirilib ki, Menqtian adlı elm modulunu Çinin kosmik stansiyasına daşıyan “Long March 5B” raketinin kosmik missiyasını başa vurduqdan sonra yer atmosferinə doğru düşməyə başlayıb. Alimlər raketin insanların çox olduğu ərazilərə düşmə ehtimalının yüksək olduğu barədə xəbərdarlıq ediblər.
Müasir raketlərin kosmos vakuumunda itmə qüvvəsindən istifadə edərək Sakit Okeana düşməsinə icazə verildiyi halda, Çinin Long March 5B raketində bu xüsusiyyətin olmaması 23 tonluq raketin sürətlə yerə çırpılmasına səbəb olacaq.
Məlumata əsasən, raketin noyabrın 5-i səhər saatlarında Yer kürəsinin hər hansı nöqtəsinə düşə biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Atmosferə girdikdən sonra parça-parça olacaq 23 tonluq raketin ayrıca parçalar kimi müxtəlif nöqtələrə düşə biləcəyi bildirilib. Bununla belə, atmosferə daxil olan nəhəng raketin 60 və ya 40 faizinin bütöv bir parça olaraq qala biləcəyi deyilib.
Mütəxəssislər, 10 mərtəbəli bir bina böyüklüyündə olan Long March 5B raketinin hara düşəcəyi ilə bağlı hesablamaların heç bir nəticə verməyəcəyini vurğulayırlar.
Mənbə: Cnet.com