​Venesiyanın məşhur meydanında Azərbaycan mahnısı sifariş etdilər - VİDEO

​Venesiyanın məşhur meydanında Azərbaycan mahnısı sifariş etdilər -
14:55 03.11.2022
248 Maraqlı
A- A+

Əməkdar artist Mələk Abbaszadə Venesiyadan daha bir maraqlı video bölüşüb.

Aktrisa "Banu" filminin kollektivi ilə getdiyi səfərdə maraqlı anlar yaşadıqlarını bildirib. Restoranda musiqiçilərə Azərbaycan mahnısı sifariş verən filmin kollektivi rəqs edib.

"Təəccübləndik ki, orada Azərbaycan musiqisi bilirlər. Biz də rəqs edəndə ətrafdakı qonaqlar bizə qoşuldular" deyə, M.Abbaszadə təəssüratlarını bölüşüb.

Qeyd edək ki, "Banu" filmi Venesiyada keçirilən film festivalında nümayiş edilib.