​"Artıq ölümcüldürlər" - Alimlər xəbərdarlıq etdi

​
15:08 03.11.2022
469 Maraqlı
A- A+

İqlim dəyişikliyi səbəbiylə qarışqaların metamorfoz keçirdiklərini ifadə edən elm adamları, onların artıq ölümcül olduqlarını bildiriblər.

Belə ki, Fransada bir evdə araşdırma aparan elm adamları evdə tapdıqları kiçik atəş qarışqasının koloniyası üzərində işləməyə başlayıblar. Alimlərin günlərlə davam edən işinin nəticəsi hər kəsi təəccübləndirib. Araşdırma nəticəsində fransız alimlər dünyada ilk dəfə güclü sancması və zəhəri olan bir qarışqa növü aşkar ediblər.

Fransız alimlər qarışqa zəhərinin təsiri ilə bağlı xəbərdarlıq ediblər. Araşdırmalara əsasən, bu qarışqa növü pişik və itləri kor edə, hətta öldürə bilər. Amma insanlara necə təsir etdiyi ilə bağlı heç bir məlumat yoxdur.

Məlumata görə, alimlər bu qarışqa zəhərinin insan həyatına da mənfi təsir göstərə biləcəyini və ona görə də araşdırmanı davam etdirdiklərini bildiriblər.

Mənbə: Tgrthaber