Rusiya ABŞ, Böyük Britaniya, Fransa və Çinə müraciət edib.
Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyi beş nüvə dövlətinin müharibə astanasında olduğunu əsas gətirərək Qərb ölkələrini təxribatlardan əl çəkməyə çağırıb.
“Birbaşa silahlı münaqişə astanasında dayanmağı və kütləvi qırğın silahları ilə təxribatları təşviq etməyi dayandırın”, - deyə bildirilib.
Kreml yanvarın 3-də 5 nüvə dövlətinin imzaladığı birgə bəyannaməyə sadiq olduqlarını bəyan edib:
"Biz bir daha bildiririk ki, nüvə müharibəsində qalib olmayacaq və bu, heç vaxt edilməməlidir. Nüvə silahı yalnız müdafiə məqsədləri, təcavüzün qarşısını almaq və müharibənin qarşısını almaq üçün istifadə olunur, çünki nüvə silahından istifadənin çox böyük nəticələri olacaq".
Kreml bəyannamədəki təminatların Ukrayna müharibəsindən sonra pozulduğunu da bildirib.
Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində nüvə silahına sahib olmaq səlahiyyətinə malik olan Rusiya, bu silahların “yalnız müdafiə məqsədi ilə” istifadə ediləcəyini vurğulayıb.
Mənbə: Vedomosti