​Filippində təbii fəlakətin qurbanları: Ölü və yaralı sayı artır - FOTOLAR

​Filippində təbii fəlakətin qurbanları: Ölü və yaralı sayı artır -
16:18 03.11.2022
236 Dünya
A- A+

Filippində bir neçə gün davam edən “Nalji” (“Nalgae”) tropik qasırğası 3,96 milyondan çox insan zərər çəkməsi ilə nəticələnib.

Belə ki, bu barədə ölkədə Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurası xəbər verib.

Məlumatda bildirilir ki, təbii fəlakət azı 150 nəfərin həyatına son qoyub. Azı 128 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və 36 nəfər isə itkin düşüb. Respublikanın 13 rayonunda daşqınlar və sürüşmələr də daxil olmaqla 1,5 mindən çox təbii fəlakət hadisəsi qeydə alınıb. Eyni zamanda fırtına minlərlə evə, yüzlərlə infrastruktur obyektinə zərər vurub.

Məlumat üçün qeyd edək ki, hər il Filippində orta hesabla 20 tayfun və fırtına baş verir, insanlar həlak olurlar, evlər, yollar və körpülər dağılır.

Mənbə: TASS