​"Türkiyə ilə dialoqda irəliləyiş var" - Ermənistan XİN başçısı

​
16:35 03.11.2022
270 Siyasət
A- A+

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə danışıqlarda irəliləyiş görür.

O, parlamentdəki çıxışı zamanı xüsusi nümayəndələrin iki ölkə sərhədlərinin üçüncü ölkə vətəndaşları üçün açılması barədə anlaşması olduğunu deyib.

“Proses davam edir. Ümid edirik ki, bu yaxın zamanlarda müsbət nəticələrə gətirib çıxaracaq”, o deyib.

Mənbə: APA