Efiopiyada vətəndaş müharibəsi başa çatıb.
Məlumata əsasən, Tiqray bölgəsindəki separatçılar silahı yerə qoymağa razılıq veriblər və sülh sazişi imzalayıblar.
Razılığa əsasən hökumət qüvvələrinə bölgədə asayişin bərpası və vətəndaşlara xidmət etmək üçün maneə göstərilməyəcək. Sazişin icrasına Afrika İttifaqının nümayəndələrindən ibarət xüsusi qrup nəzarət edəcək.
Xatırladaq ki, vətəndaş müharibəsi iki il ərzində davam edib. Müharibə zamanı yüzlərlə silahlı məhv edilib. Minlərlə dinc insan həlak olub.
Mənbə: Theguardian