Almaniya millisinin və "Leyptsiq"in futbolçusu Timo Verner Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.
O, Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Şaxtyor"la (Donetsk) oyunda zədələnib.
19-cu dəqiqədə meydan tərk edən futbolçunun sol ayağında ciddi zədə aşkarlanıb. Forvard bu ilin sonuna qədər meydana çıxa bilməyəcək.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
Mənbə: Qol.az