"Mən xoşbəxtəm ki, qardaş Azərbaycanın 30 ildir işğal altında olan torpaqları erməni işğalından azad edildi. Bu mübarizə sentyabrın 27-də başladı və 44 gün davam etdi. Necə böyük mübarizənin aparıldığını və qələbə əldə edildiyinin şahidi olduq".
Bunu Türkiyənin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun Qarabağ zəfərinin 2-ci ildönümü münasibətilə Tuzla Bələdiyyəsi və Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkil etdiyi “Bir Millət Bir Zəfər” proqramında iştirak edərkən deyib.
O, çıxışına R.T.Ərdoğanın salamlarını çatdırmaqla başlayıb. Daha sonra Bəxtiyar Vahabzadənin “Bir ananın iki oğlu/ Bir amalın iki qolu/ O da ulu, bu da ulu/ Azərbaycan Türkiyə” misralarını səsələndirib. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin dünyanın gözü qarşısında baş verdiyini qeyd edən Altun, Azərbaycan və Türkiyənin bu işğalı dünya gündəminə gətirmək üçün ciddi diplomatik siyasət yürütdüyünü bildirib:
"Təəssüf ki, dünya bu zülmə səssiz qaldı. Bu işğal zamanı çoxlu günahsız insan həyatını itirdi. Milyonlarla Azərbaycan vətəndaşı öz torpaqlarından qaçqın düşdü. Bir çox tarixi-mədəni tikililər dağıdıldı".
Mənbə: Trt haber