​"ABŞ tezliklə İranı azad edəcək" - Bayden

​
09:28 04.11.2022
207 Siyasət
A- A+

"ABŞ tezliklə İranı azad edəcək".

Bunu ABŞ lideri Co Bayden cümə axşamı Kaliforniyada yerli demokrat namizədin seçki kampaniyasında çıxış edərkən deyib:

“Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özlərini tezliklə azad edəcəklər”.

Zaldakı insanlar prezidentin bu sözlərinə təqdir nidaları ilə reaksiya verib.

Xatırladaq ki, sentyabrın 16-da dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra İranda iğtişaşlar bir aydan artıqdır ki, səngimir. İranda iğtişaşlar fonunda ABŞ və Aİ İrana qarşı sanksiyalar tətbiq edib.

Mənbə: TASS