​"ABŞ Kim Çen İnin hakimiyyətinə daxili təhlükə görmür" - ABŞ rəsmisi

​
09:48 04.11.2022
208 Siyasət
A- A+

"ABŞ Şimali Koreya lideri Kim Çen İnin hakimiyyətini sarsıda biləcək heç bir dəlil görmür".

Bu barədə cümə günü “Reuters” agentliyi yüksək rütbəli amerikalı məmura istinadən məlumat verib.

“Biz Kim Çen Inın nüfuzuna xələl gətirə biləcək xüsusi çətinliklərin olduğuna dair heç bir dəlil görmürük. Digər tərəfdən, bunu mütləq fərq edəcəyimizə əmin deyilik”, – ABŞ rəsmisi deyib.

Eyni zamanda o, ABŞ-ın KXDR ilə birbaşa qarşılıqlı fəaliyyəti və humanitar yardımı müzakirə etməyə hazır olduğuna diqqət çəkib.

Bildirib ki, Vaşinqton Pekin və Moskvanın mümkün nüvə sınağının qarşısını almaq üçün Pxenyana təsir etməlidir.

Mənbə: Reuters