​Neftin qiyməti artıb

​Neftin qiyməti
09:50 04.11.2022
A- A+

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin yanvar müqaviləsinin dəyəri 1,98% artaraq, 1 barelə görə 96,54 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 2,13% artaraq, 90,05 dollara yüksəlib.