​Reklam fəaliyyətinə nəzarətlə bağlı işçi qrup yaradılacaq

​Reklam fəaliyyətinə nəzarətlə bağlı işçi qrup
10:30 04.11.2022
208 Sosial
A- A+

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Audiovizual Şura reklam fəaliyyətinə nəzarətlə bağlı birgə işçi qrup yaradacaq.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Audiovizual media məkanında reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O bildirib ki, reklam sahəsində fəaliyyətlərin tənzimləməsi üçün əsas məsələlərdən biri də Rəqabət Məcəlləsinin qəbul edilməsidir.

"Ümid edirəm ki, yaxın zamanda qanun layihəsi qısa müddətdə Milli Məclisə təqdim ediləcək. Rəqabət Məcəlləsi qəbul olunduqdan sonra buna dair müxtəlif seminarlar keçiriləcək".