​Azərbaycanda TV-lərin reytinqini ölçmək üçün şirkət yaradılıb

​Azərbaycanda TV-lərin reytinqini ölçmək üçün şirkət
10:25 04.11.2022
201 Sosial
A- A+

Uzun illərdən sonra Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapıb.

Bunu Audiovizual Şuranın sədri İsmət Səttarov "Audiovizual media məkanında reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu sahədə müasir texnologiyalardan istifadə olunacaq.

"Artıq reytinqlərin ölçülməsi ilə bağlı müvafiq şirkət yaradılıb və yaxın 2 həftə ərzində sözügedən şirkətin açılışı olacaq”, - Şura sədri vurğulayıb.