​İsraildə seçkilərin yekun nəticələri açıqlandı

​İsraildə seçkilərin yekun nəticələri
10:28 04.11.2022
216 Dünya
A- A+

İsrail Mərkəzi Seçki Komissiyası Knessetə (parlamentə) noyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərinin yekun nəticələrini açıqlayıb.

Məlumata əsasən, keçmiş baş nazir Benyamin Netanyahunun "Likud" partiyası 120 yerlik parlamentdə 32 yer alaraq birinci yeri tutub.

Hazırkı baş nazir Yair Lapidin partiyası isə ikinci yerdədir və 24 mandat alacaq. Sonrakı yerdə 14 mandatla İtamar Ben-Qvir və Bezalel Smortiçin bloku, ardınca 12 mandatla hazırkı müdafiə naziri Benni Qantsın bloku gəlir. Aviqdor Libermanın "İsrail Evimiz" partiyası altı mandata sahibdir.

Lapid müxalifət lideri Netanyahuya zəng edərək onu qələbəsi münasibətilə təbrik edib. O, əlavə edib ki, o, artıq öz aparatına qarşıdan gələn səlahiyyətlərin ötürülməsinə hazırlaşmağı tapşırıb.

Mənbə: The Jerusalem Post