​"Sumqayıt Teatrında maaşların 8 ay gecikməsi yalandır" - Nazirlik

​
11:55 04.11.2022
A- A+

Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə APA-nın sorğusuna əsasən, Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, okyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib: "Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək".

Mənbə: APA