​"Azərbaycanda iki əsas partiyanın olması kifayətdir" - QHT sədri

​
13:10 04.11.2022
210 Siyasət
A- A+

“Azərbaycanda iki əsas partiyanın olması kifayətdir”.

Bunu “Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiəsi Cəmiyyəti”nin sədri Novella Cəfəroğlu “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.

O bildirib ki, ABŞ da çoxlu partiya var, ancaq seçkilərdə hakimiyyət uğrunda iki partiya mübarizə aparır: “Azərbaycanda da iki əsas partiyanın olmasını istəyərdim, fikrimcə bu kifayətdir. Ölkədə fəaliyyət göstərən digər partiyalar da təhsil, səhiyyə ilə məşğul olsunlar, və ya birləşsinlər".

QHT sədri hazırda Azərbaycanda 4 mindən çox QHT olduğunu da xatırladıb: “Ancaq onların da əksəriyyətinin yalnız bir qovluğu var”.

Mənbə: Report