​“Qarabağ” UEFA reytinqində geriləyib

​“Qarabağ” UEFA reytinqində
13:25 04.11.2022
253 İdman
A- A+

Avrokubokların qrup mərhələsinin VI turu başa çatıb.

Bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb.

Azərbaycan “Top-100”də yalnız bir komanda ilə təmsil olunub. Bu, son ölkə çempionu “Qarabağ”dır.

Avropa Liqasında “Frayburq”la heç-heçə edən (1:1) Qurban Qurbanovun yetirmələri xal hesabını artırıb. Qazanılan bir xalla bu rəqəm 25,000-a çatdırıb.

Ağdam klubu 66-cı yerə şərikdir. Təmsilçimiz ötən həftə ilə müqayisədə bir addım geriləyib. “Qarabağ” PAOK və “Krasnodar”la eyni pilləni bölüşür.

Qeyd edək ki, cədvələ 131,000 xala malik “Mançester Siti” başçılıq edir.