​Azərbaycanda 14 yaşlı qız ərə verilir - AÇIQLAMA

​Azərbaycanda 14 yaşlı qız ərə verilir -
14:05 04.11.2022
253 Hadisə
A- A+

Göyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakinin valideynləri toy etməyə hazırlaşırlar.

Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O deyib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb: "Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır, araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".