​Məşhur iş adamı istirahət etdiyi ölkədə qayıqdan yıxılaraq öldü - FOTO

​Məşhur iş adamı istirahət etdiyi ölkədə qayıqdan yıxılaraq öldü -
16:10 04.11.2022
216 Hadisə
A- A+

Türkiyədə dəbdəbəli zərgərlik brendinin distribütoru olan məşhur iş adamı Dilek Ertek Haitidə tətildə olarkən mindiyi qayıqdan yıxılaraq həyatını itirib.

Ertek'in ölümü yaxınlarını və iş dünyasını şoka salıb. Haitidə axtarışların davam etdiyi bir vaxtda iş adamının cəsədi hələki tapılmayıb.

Xatırladaq ki, Dilek Ertek İstanbulda anadan olub. Avstriya liseyində oxuyarkən o, balet üzrə təlimatçı işləyib. Memar Sinan Universitetinin Memarlıq fakültəsini bitirib, Nyu York GİA-da almaz təhsili alıb. 1982-ci ildə universiteti bitirdikdən sonra 'ipək üzərində rəsmlər, naxışlar, naxışlar' çəkərək pul qazanmağa başlayıb. 1995-ci ilin sonunda İstanbulda ilk Tiffany mağazasını açıb. O, 20 ildən artıq Tiffany & Co.-nun distribyutoru olub. Dilek Ertek antikvar dükanı sahibi olub.

O, 1982-ci ildə iş adamı Hüseyn Yalçınkaya ailə həyatı qurub. Cütlük 2004-cü ildə boşanıb. Dilek Ertekin Gökçe Atuk adlı oğlu var.

Mənbə: Manset.az