​ABŞ səfirliyi Ermənistandakı həmvətənlərinə xəbərdarlıq edib

​ABŞ səfirliyi Ermənistandakı həmvətənlərinə
19:30 04.11.2022
372 Siyasət
A- A+

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib.

Bildirilir ki, xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir:

"Dinc xarakter daşıyan nümayişlər də qarşıdurma və zorakı hərəkətlərə çevrilə bilər. Bu ərazilərdən qaçın, son xəbərlər barədə yerli medianı oxuyun, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi bununla bağlı məlumatlandırın”. 

Qeyd edək ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.

Mənbə: Sputnik-Armenia