Türkiyənin tanınmış aktyoru Tilbe Salimin İstanbulun kadıköy səmtində yerləşən evinə oğru girib.
Bura barədə Türkiyə mediası məlumat verib. Bildirilir ki, aktyorun evindən yağlı boya tablo, 2 cüt brilyant sırğa, mirvarili boyunbağı, qızıl üzük və qol saatı oğurlanıb.
Hazırda oğruların tapılması üçün polis axtarış aparır.