Noyabrın 4-də Tiflisin tarixi hissəsində, “Kükürdlü hamamlar” kompleksinin yaxınlığındakı ikimərtəbəli yaşayış binası uçub.
Tsurtaveli küçəsində yerləşən həmin binada qeydiyyatda olan 5 ailədən heç kim xəsarət almayıb.
Qəzalı vəziyyətdə olan yaşayış binasının uçmasının dəqiq səbəbi hələlik məlum deyil.
Rayon rəhbərliyi ailələrə müvəqqəti olaraq otellərdə yaşamağı təklif edib.