​Şəhid ailəsi üzvləri bu imtahandan azad olunsun - TƏKLİF

​Şəhid ailəsi üzvləri bu imtahandan azad olunsun -
12:00 05.11.2022
282 Ölkə
A- A+

Milli Məclisin deputatı Elşən Musayev şəhid ailəsi üzvlərinin dövlət qulluğu imtahanından azad olunmasını təklif edib.

Deputat iş məsələsi ilə bağlı həmin şəxslər tərəfindən çoxsaylı müraciətlərin daxil olduğunu bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin işə qəbulu üçün müəyyən kvota ayrılmalıdır:

“Hesab edirəm ki, onlar həyatlarında bundan sonra heç bir imtahan verməməlidirlər. Çünki onların əvəzinə ən böyük imtahanı ailə üzvləri veriblər”.